Bir neçə gündür bəzi siqaretlərin paytaxt mağazalarında yoxa çıxmasının səbəbi aydın olub.
Unikal.org Cebhe.info-ya istinadən xəbər verir ki, şəhər sakinləri arasında son günlər yayılan siqaretlərin ucuzlaşacağı barədə məlumatlar doğrulanıb.
Belə ki, artıq mağazalarda "Kent", "Winston" "Sobranie" kimi siqaretlərin qiyməti 20 qəpik ucuzlaşıb.
Əvvəl qutusu 2.70 AZN olan "Kent" 2.50 AZN-ə, 2.50 AZN olan "Winston" 2.30 AZN-ə, 3.00 AZN olan "Sobranie" isə 2.80 AZN-ə enib.