Azərbaycan ordusunun zabiti, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı mayor İlqar Verdiyevin şəhid olmasından 5 il ötür. 

Unikal.org bildirir ki, 2012-ci ilin iyunun 9-dan 10-na keçən gecə minaya düşərək ağır yaralanaraq Silahlı Qüvvələrin Mərkəzi Kliniki Hospitalına yerləşdirilib. İ.Verdiyev iyun ayının 14-də həmin hospitalda dünyasını dəyişib. 

Qeyd edək ki,  ilk olaraq hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi Zahir Məmmədov minaya düşüb. Yaralı zabiti götürmək üçün ona yaxınlaşan mühəndis-istehkam bölüyünün komandiri İ. Verdiyev ikinci minanın partlaması nəticəsində yaralanıb.

Məlumat üçün  ki, İ. Verdiyev əvvəllər Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb. Daha sonra Goranboydakı hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub. O, Türkiyə Quru Qoşunları məktəbində mühəndis-istehkamçı ixtisası üzrə təhsil alıb. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi yubiley medalı və "Qüsursuz xidmətə görə üçüncü dərəcə medalı ilə təltif edilib.