"Nar yeni "Yay kampaniyasını təqdim edib.
Mobil operatordan verilən məlumata görə, kampaniyaya gündə cəmi 59 qəpik ödəməklə ölkədaxili bütün istiqamətlərdə zənglər üçün 25 dəqiqə və 100 Mb internet trafiki daxildir. Paketə qoşulmaq üçün "Yay yazıb 777 qısa nömrəsinə göndərmək və ya 777#59#YES şifrəsini yığmaq kifayətdir.
Beləliklə, hər zaman sərfəli qiymətlərlə fərqlənən "Nar öz abunəçilərinin yay mövsümündə artan mobil rabitə tələblərini qarşılamaq üçün bu səmərəli kampaniyaya start verib. Bu kampaniyadan yararlanan "Nar istifadəçiləri sevdikləri ilə bol-bol danışmanın dadını çıxara biləcək, yay boyu internetdən istədikləri qədər istifadə edəcəklər. "Yay kampaniyası ilə "Nar istifadəçilərinin yay istirahəti daha rəngarəng olacaq.
"Yay kampaniyası operatorun tarif planları və ya internet paketlərindən biri deyil, mövsümi xarakter daşıyan bir kampaniyadır. Əgər aktivləşdirmə SMS vasitəsilə edilərsə, cari tarifə uyğun olaraq balansdan 1 SMS-in qiyməti qədər məbləğ çıxılır. Aktivləşdirmə barədə SMS aldıqdan sonra telefonu söndürüb yenidən yandırmaq lazımdır.
"Azerfon şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 mln. istifadəçisi olan "Nar hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6 mindən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
"Yay kampaniyası və operatorun digər tarif və kampaniyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.