Əli HƏSƏNOV: Heyvandarlıqla məşğuldurlar, öz təsərrüfatları, 600 baş qoyunu, 70-80 baş inəyi və 20 arı ailəsi var.
Prezident İlham ƏLİYEV: Dolanışığınız yaxşıdır?
Əli HƏSƏNOV: 70 hektarda taxıl, arpa əkir. Demək, yalnız çaya, qəndə, bir də paltara pul verirlər. Qalan şeyə pul vermirlər.
Prezident İlham ƏLİYEV: Eşitmişəm ki, orduya da kömək göstərirsiniz.
Əli HƏSƏNOV: Bəli, elədir. Çox gözəl ailədir, hamısı da sağlam, göz dəyməsin, ana 83 yaşındadır.
Prezident İlham ƏLİYEV: Çox yaxşı. İndi məktəb də olacaq, uşaqlar burada oxuyacaqlar. Tezliklə tibb məntəqəsi də tikilməlidir. İş yerləri də açılır. Mən xüsusi göstəriş vermişəm ki, dövlət qurumları burada iş yerləri açsınlar. Çünki buraya qayıdacaq vətəndaşlar gərək işləsinlər.
Əli HƏSƏNOV: "Azərişıq 35/10 kilovatlıq böyük yarımstansiya tikibdir. "Azəravtoyol Cəbrayıl rayonunun ləğv olunmuş avtomobil yolları idarəsini bərpa edib, böyük gözəl bir bina tikib, artıq hazırdır. Daxili İşlər Nazirliyi polis idarəsi üçün bina tikibdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün rabitə-kommunikasiya xidməti üçün yer götürüb, bina tikir. Bütün nazirliklər məşğuldur.
Prezident İlham ƏLİYEV: Biz tezliklə növbəti tikinti işlərinə də start verməliyik.
Əli HƏSƏNOV: Artıq yüz ailəlik layihə işləri gedir və tezliklə o da tamamlanacaqdır.
Prezident İlham ƏLİYEV: Bir daha sizi təbrik edirəm.
Oqtay HƏZİYEV: Çox sağ olun, cənab Prezident.