Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iyunun 14-də hərbi hissəyə tanışlıq səfəri təşkil edilib.
Unikal.org Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlara hərbi hissə haqqında brifinq verilib, şəxsi heyət üçün yaradılan şərait və döyüş texnikası ilə tanışlıq keçirilib.
On altı dövləti təmsil edən hərbi attaşelik aparatlarının 21 nümayəndəsi ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.