Təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulu ilə bağlı açıqlama verib.
Unikal.org-un azvision.az-a istinadən məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, məsələ ilə əlaqədar müvafiq qanunvericiliyin qəbul olunmasından sonra xüsusi sərəncam veriləcək.
"Gələcəkdə bu qanun qüvvəyə mindikdən sonra Təhsil Nazirliyi tərəfindən mexanizm barədə ətraflı açıqlama veriləcək. Bu məsələ barədə ilkin məlumat veriləndən sonra aparılan müzakirələrdə və kütləvi informasiya vasitələrində yayılan şərhlərdə qeyri-dəqiqlik var idi. Ona görə də bəzi anlaşılmazlıq yaratmamaq üçün təklif edərdim ki, qanunvericiliyin sonuncu variantını gözləyək".
Nazir qeyd edib ki, bu ilin qəbul qaydaları artıq təsdiqlənib və buna uyğun olaraq qəbul həyata keçiriləcək.