Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Unikal.org-un məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Vaqif Rəsulov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Qeyd edək ki, bundan öncə V. Rəsulov Babək rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.