"İnkişaf Zamanı" proqramı çərçivəsində "ŞİDDƏT" adlı fotosərgi keçirilib.
Unikal.org xəbər verir ki, layihənin rəhbəri Nisə Rəhimova, fotoqraf Taleh Valehov, qrim Fəridə Abbasova olan sərgini 100-dən çox insan ziyarət edib.
Qeyd edək ki, "Şiddətə yox" adlı layihə çərçivəsində keçirilən sərginin başlıca məqsədi cəmiyyətimizdə baş alıb gedən və minlərlə insanın zərər çəkməsinə səbəb olan fiziki şiddətin qarşısını qisməndə olsa almaq, bu kimi halların insan psixologiyasına göstərdiyi təsirləri qabardaraq insanları şiddət göstərməkdən daşındırmaqdan ibarətdir.