15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində təntənəli tədbirlər keçirilir, şəxsi heyətə Ulu Öndər Heydər Əliyevin xalqımızı vətəndaş müharibəsindən, dövlətimizi məhv olmaq təhlükəsindən xilas etməsi, ÐzərÂbаycаn dövlətinin yaranmasında, müstəqilliyimizin qorunub saxlanılÂmasındakı müstəsna xidmətləri barədə ətraflı məlumatlar verilir.
Unikal.org xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının rəsmiləri iştirak etmişlər. Əvvəlcə qonaqlar Heydər Əliyev İdeoloji mərkəzi ilə tanış olmuş, Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumatlar almışlar.
Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə ötən əsrin 90-cı illərində rеspubÂlikamızın ictimai-siyasi həyatında baş vеrən hadisələri gеniş təhlil еdilərək, məhz Ulu Öndər Hеydər Əliyеvin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına sоn qоyulduğu, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlandığı qеyd еdilmişdir. 24 il əvvəl xalqın təkidi və tələbi ilə yеnidən siyasi hakimiyyətə qayıdan Ulu Öndərin sarsılmaz iradəsi, əzmi və zəngin dövÂlətçilik təcrübəsi ilə qısa zaman ərzində sabitliyi bərpa etməsi, tənəzzülün qarşısını alaraq ölkəmizi inkişaf və tərəqqi yoluna çıxarması, dövlətçiliyimizin qоrunÂmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin еtməsi xüsusilə vurğulanıb.
Azərbaycan Sərhəd Mühafizəsinin təşkili və forÂmaÂlaşÂmaÂsınÂda əsasÂlı keyfiyyət dəyişikÂliklərinin Ulu Öndər Heydər Əliyevin haÂkiÂmiyÂyəÂtə qayıÂÂdışından sonra, onun diqqət və qayğısı nəticəsində mümkün olması, Ulu Öndərin milli inkişaf konsepÂsiyasını uğurla davam etdirən, beynəlxalq aləmdə respubÂlikamıza böyük hörmət və nüfuz qazandıran Azərbaycan RespubliÂkasıÂnın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf edərək dünyanın qabaqcıl və firavan ölkələrindən birinə çevrildiyi qeyd edilib.
Tədbirin sonunda AzərÂbaycan Respublikasının incəsənət ustaları sərhədçilər qarşısında konsert proqramı ilə çıxış ediblər.