Şəmkirdə piyadanı avtomobil vurub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Daşkəsən rayonu "Alonut Dağ" qəsəbə sakini 1972-ci il təvəllüdlü Əsgərov Xəyyam İsgəndər oğlu bədənin müxtəlif hissələrinin xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Məlumata görə, ağır dərəcədə sərxoş olan Xəyyamı Bakı-Qazax magistralında avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.