Azərbaycan prezidenti İlham Əliyev görkəmli opera müğənniləri, Xalq artistləri Fidan və Xuraman Qasımovaları qəbul edib.
Unikal.org-un məlumatına görə, dövlət başçısı Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə Fidan Qasımovanı "İstiqlal ordeni ilə təltif edib.
Görüşdə çıxış edən prezident İlham Əliyev xalq artistini qarşıdan gələn yubileyi münasibətilə təbrik edib, onun uzun illər öz sənəti ilə Azərbaycan xalqını sevindirdiyini bildirib.
F. Qasımova isə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
12:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Xalq Artisti Fidan Qasımovanı qəbul edib.
Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidməti məlumat yayıb.