Türkiyədən Azərbaycana ixrac olunan ən müasir silahın adı açıqlandı.

Unikal.org xəbər verir ki, Mexanika və Kimya Sənayesi Təşkilatı tərəfindən istehsal edilən ilk snayper tüfəngi "Bora 12" Azərbaycan ordusuna da ixrac edilir.

Xəbərdə bildirilir ki, "Bora 12" Azərbaycan ordusunda da aktiv olaraq istifadə edilməkdədir.

Qeyd edək ki, Türk istehsalı olan "Bora-12" snayperi İngiltərə, ABŞ kimi ölkələrin olduğu Pakistanda həyata keçirilən əməliyyat testlərində dünyanının ən yaxşı silahı adını alıb.

Xatırladaq ki, bu silah 2014-cü ildən Azərbaycan, Türkmənistan və Səudiyyə Ərəbistana ixrac edilir.