Qoç - bu və ya cigər hərəkətləri edərkən hansı motivlərə əsaslanacağınızı izah etməli olacaqsınız. Bu, zövqünüzcə deyil. Amma təəssüf ki, başqa yolunuz da yoxdur.
Buğa - bu günün müsbət tərəfləri yalnız hadisələrin əlverişsiz inkişafına rəğmən, sizin uğura olan inamı itirməməyinizdir. Pulunuzu ağılla xərcləyin.
Əkizlər - müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. İşgüzar fəallıq yüksək olacaq, peşə uğurlarına ümid etmək olar. Vəzifə artımı istisna deyil, məhsuldar əməkdaşlığın başlanması mümkündür.
Xərçəng - əgər təşəbbüskarlıq nümayiş etdirsəniz və nəyə qadir olduğunuzu göstərsəniz, ağıllı hərəkət etmiş olarsınız. Maraqlı təkliflər verin, liderlik keyfiyyətlərinizi və təşkilatçılıq qabiliyyətinizi nümayiş etdirin. Unutmayın: peşəkar gələcəyinizin asılı olduğu adam diqqətlə sizi izləyir.
Şir - günün bir çatışmazlığı var: xırda məsələlərə çox böyük önəm verirsiniz, gündəlik məişət çətinlikləri üzündən məyus olursunuz. Yaxın ətrafınızdakı insanlardan birinin məsləhətlərini diqqətlə dinləyin. Tələsməyin.
Qız - işləmək və yaradıcılıq məsələlərin həlli üçün pis gün deyil. Çətin məsələləri həll etməyə və rəqiblərinizi geridə qoymağa nail olacaqsınız.
Tərəzi - bu gün xüsusilə şöhrətpərəst olacaqsınız və bu, onlara məqsədlərinə doğru irəliləməkdə yardım edəcək. Ayrı-ayrı anlarda özünüzdən və ətrafdakılardan narazı qala bilərsiniz. Lakin ümumilikdə əhval-ruhiyyəniz yaxşı olacaq.
Əqrəb - yaxınlarınızla ünsiyyət üçün münasib zamandır. Bu vaxt ovqatınız yüksələcək, siz şən və gülərüz olacaqsınız. Yeni tanışlıqlar da mümkündür. Kiminlə əlaqə qurub-qurmamağı sizə intuisiyanız deyəcək.
Oxatan - gərgin, çətin gündür. Göstərilən səylərə baxmayaraq, çoxdandır sizi narahat edən suala aydın cavab almaq mümkün olmayacaq. Hələ bir neçə günü qeyri-müəyyənlikdə keçirmək düşüncəsi məyusluq və əsəbilik yaradacaq.
Oğlaq - baş verənləri diqqətlə müşahidə edin. Özünüzün pis ovqatınızın acığını başqalarından çıxarmamağa çalışın. Ətrafdakılarda dava-dalaş indi yersizdir.
Dolça - heç də bütün Dolçalar sevdikləri adamla münaqişədən yayına biləcəklər. Hər şeylə bağlı razılığa gəlmək olar. Amma, deyəsən, tərəf müqabiliniz kompromisə can atmır. Qərar qəbul etməyə tələsməyin. Tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək.
Balıqlar - sakit düşüncələr və uzunmüddətli planlaşdırmalar üçün münasib olan pis gün deyil. Dəqiqlik, səliqə və çalışqanlıq tələb edən işlərlə məşğul olmaq mümkündür. Yaradıcı məsələlərin həllində vəziyyət o qədər də yaxşı olmayacaq.