Mingəçevir sakini qeyri-adi çörək bişirir. Eyni qaydada bişirilsə də çörək 4 rəngdə olur. Azərbaycanda ilk dəfə bişirilən çörək satışda olmasa da dadı fərqlidir.
Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, qırmızı,yaşıl,sarı və ağ... Azərbaycanda ilk dəfə olaraq 4 rəngli çörək hazırlanıb.
Mingəçevirdə yaşayan Zaur Qəniyev yer kökü, çuğundur, kərəviz, un və sudan istifadə etməklə bu ilki reallaşdırıb. Uzun illərdir aşbazlıq edən Zaur Qəniyev, fərqli qidanın maya dəyərinin baha olmasına baxmayaraq dadlı və keyfiyyətli olduğunu deyir. Çəkisi 1 kq. 200 qram olan 4 rəngli çörəyi hazırlamaq ustaya 0,80 qəpiyə başa gəlir.
Hazırlanması adi çörəkdən fərqlənmir.Ayrı-ayrı qablarda çuğundur,yer kökü, kərəviz şirələri ilə yoğrulan xəmir bir qədər gözlədikdən sonra formaya salınaraq sobaya qoyulur. Təxminən 30-dəqiqə sonra 4 rəngli çörək hazır olur.
Mingəçevir sakini hələ ki, maraqlı görnüşə malik çörəyin geniş satışını etməsədə, çalışdığı kafedə müştərilərə təklif edir. Zaur Qəniyev tərkibində faydalı maddələr olan bu çörəyin insanlar tərəfindən maraqla qarşılandığını bildirir.