Qoç - hər kəs əsəbidir. Çox az adam qıcıqlanmadan kimisə dinləyir. Bəziləri özünənəzarəti gücləndirməyə çalışsalar da, mənfi emosiyalar lazım olmayan anda püskürür.

Buğa - münaqişəli situasiyaların çoxluğu qaçılmazdır. Günün yaxşı tərəfləri də var. Məsələn, bir çoxları bu gün kəşflər etməyə meyllidirlər. Bunlarsız problemlərin öhdəsindən gəlmək mümkün deyil axı! Çoxları şəxsi həyatlarında nəyisə dəyişmək istəyir və xoş təsadüfdən bunun üçün yaxşı imkanlar yaranır.

Əkizlər - Sizin öhdəsindən gələ bilməyəcəyiniz problem yoxdur. Başqalarını kor dalana salan hadisələr sizi ciddi məşğul etmir. Üstəlik, siz çox gözəl tərəfdaşlar tapırsınız. Onlar sizin yolunuzda canlarından keçməyə də hazırdırlar, özü də əvəzsiz.

Xərçəng - böyük qələbələrlə yanaşı, xırda sevinclər də az deyil. Yaxınlarınız xoş sürprizləri əsirgəməyəcək, dostlarınız xoş xəbərləri sizinlə bölüşməyə tələsəcəklər. Bu gün romantik görüşlər təyin edə bilərsiniz. Onlar sizin istədiyiniz kimi keçəcək.

Şir - mənfi tendensiyalar da yaranacaq. Bu gün baş verənləri ürəyinizə salır, təsadüfi tanışlıqları ilk baxışdan məhəbbət kimi dəyərləndirir, yersiz bir zarafatı isə təhqir kimi qəbul edirsiniz.

Qız - istənilən söhbət, ünsiyyət üçün gözəl gündür. Çətinlik çəkmədən diqqət mərkəzinə düşür, insanların rəğbətini qazanır, yeni tərəfdaşlar tapırsınız. Ziyafətə gedə, yaxud onu özünüz təşkil edə, qonaq qəbul edə bilərsiniz. Əyləncəylə, asudə vaxtla bağlı ideyalırınız möhtəşəmdir.

Tərəzi - maliyyə vəziyyətini pis adlandırmaq olar. Özlərinə lazım olmayan əşyaları satan insanlar bu gün sizi tapırlar. Onlardan yaxa qurtarmaq isə elə də asan deyil.

Əqrəb - köməkçiləriniz nə qədər çox olsa, bir o qədər yaxşıdır. Dostlarınızla birlikdə yaxşı əylənə bilərsiniz. Bəzi əqrəblərin yeni pərəstişkarları olacaq.

Oxatan - ünsiyyətə açıqsınız. İnsanlara gülümsəyirsiniz və müvafiq cavab özünü gözlətmir. Yeni işə başlamaq üçün əla gündür. Siz, şübhəsiz, lider olacaqsınız.

Oğlaq - yeni tanışlıqlara can atmanız, əhatə dairənizi genişləndirmək istəyiniz ünsiyyətlərinizi kor-koranə edir. Bu təhlükəli ola bilər, xüsusilə də xanımlar üçün. Axşam təklikdə gəzintiyə çıxa bilərsiniz.

Dolça - çoxdan darıxdığınız insanlar peyda olacaqlar. Planlaşdırılmamış görüşlər və bayramların təşkili ehtimalı var. Əgər qadınların dəstəyindən istifadə etsəniz, xırda maneələri asanlıqla aşa bilərsiniz.

Balıqlar - bu gün daha məsuliyyətlisiniz. Ciddi yanaşma bir çox problemlərinizin həllinə kömək edir. Bunların sırasında əvvəllər heç cür öhdəsindən gələ bilmədikləriniz də var.

Milli.Az