Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Ağayev Zakir Samiddin oğlu

polkovnik Əliyev Azər Əli oğlu

polkovnik Nəcəfov Hilal Əlimurad oğlu

polkovnik Salahov Füzuli Zəbiş oğlu

Bununla yanaşı, İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, uzunmüddətli səmərəli fəaliyyətlərinə görə polkovnik Kişiyev Rauf İsmayıl oğluna "Əməkdar hüquqşünas, tibb xidməti polkovnik-leytenantı Tağıyev Tofiq Tağı oğluna isə "Əməkdar həkim fəxri adı verilib.