"Avropa İttifaqı (Aİ) regiondakı mövcud vəziyyətdən narahatdır"
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Piotr Switalski cəbhədəki son vəziyyətlə bağlı jurnalistlərə açıqlamasında deyib:
"Həmsədrlər kifayət qədər çətin, çoxsaylı döyüş çağırışları səslənən bölgədə yaxşı işlər görürlər. Biz Avropa Birliyi olaraq Minsk Qrupunun həmsədrlərinə dəstəyimizi ifadə edirik".
Switalski bildirib ki, iyulun əvvəlində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Zalber er Ermənistana səfər edəcək.
"Onun səfəri sübut edir ki, Avropa İttifaqı regionda baş verənlərə böyük əhəmiyyət verir və narahatdır. Bizim əsas rolumuz beynəlxalq səyləri dəstəkləməkdir, lakin biz həmçinin sülh prosesinə, o cümlədən münaqişənin sonrakı bərpa dövründə dəstək göstərməyə hazırıq"- deyə Switalski vurğulayıb.