Prezident İlham Əliyev Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qəbul etdiyi qərarı təsdiq edib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 77.4.2-ci maddəsinə "hallarda sözündən sonra ", habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə sözləri əlavə edilib.

Qeyd edək ki, 77.4-cü maddə vergi öhdəliyinə xitam verilmə hallarını nəzərdə tutur. Beləliklə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları silinmiş şəxslər vergi öhdəliyindən azad edilib.