"Yuventus"un yeni müqavilə imzalamaq istədiyi gənc futbolçusu Moys Kinin atası Turin klubunun qarşısına maraqlı şərt qoyub.
Unikal.org qol.az-a istinadən xəbər verir ki, 17 yaşlı futbolçunun atası "Yuventus"u verilən vədlərə əməl etməməkdə ittiham edib. O, bildirib ki, tələb etdikləri həyata keçməyincə oğlu "Yuventus"la yeni müqavilə imzalamayacaq:
"Düzdür, "Yuventus"la anlaşmışıq. Yeni müqaviləyə görə oğlum ildə 700 min avro maaş alacaqdı. Onlar mənim Kot-d-İvuarda yerləşən fermama yeni avadanlıqlar alacaqlarına söz vermişdilər. Xüsusən də məni yeni traktorla təmin edəcəklərini demişdilər. Sözlərinə əməl etmədiklərinə görə, hələ müqavilə imzalamamışıq".
Qeyd edək ki, M. Kin İtaliya A seriyasında qol vuran ən gənc futbolçulardan biridir.