Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Azərbaycan Ordusunun 4 hərbçisinin həlak olması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib.

Unikal.org xəbər verir ki, Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq "inam verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.
Qeyd edək ki, Ermənistan mətbuatı separatçı Dağlıq Qarabağ rejiminin "Müdafiə Nazirliyi"nə istinadla Azərbaycan xüsusi təyinatlılarının guya iyunun 21-dən 22-nə keçən gecə qarşıdurma xəttini keçmək cəhdinin qarşısının alındığı və 4 nəfər itki verərək geri çəkilmək məcburiyyətində qaldığı barədə məlumat yayıb.