Prezident İlham Əliyev Elçin Əmirbəyovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncama əsasən Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyun 23-də imzaladığı sərəncamla Elçin Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.