Gəncədə ölüm hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, Kəlbəcər rayon sakini, Gəncənin gülüstan qəsəbəsində yaşayan, 1987-ci il təvəllüdlü Orucov Murad İlqar oğlu ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə M. Orucov ötən gecə işdən evə qayıdan zaman yolda yağda bişirilmiş peraşki yeyib. Gecə özünü pis hiss edən M. Orucova tibbi yardım göstərilsə də, bu gün səhhəti pisləşib və o xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.