Bu gün geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Unikal.org-un xəbərinə görə, Prezident İlham Əliyev və Prezident Andjey Duda "Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannaməni imzalayıblar.
"2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında Protokolu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşanın müdafiə nazirinin müavini Tomaş Ştatlovski imzalayıblar.
"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşanın energetika nazirinin müavini Mixal Kurtika imzalayıblar.
"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının İnfrastruktur və Tikinti Nazirliyi və Dəniz İqtisadiyyatı və Daxili Naviqasiya Nazirliyi arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Polşanın infrastruktur və tikinti naziri Andjey Adamçek və dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri Marek Qrubarçek imzalayıblar.
"Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi ilə AGH Elm və Texnologiya Universiteti arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov və Polşanın Elm və Texnologiya Universitetinin prorektoru Yeje Lis imzalayıblar.
"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə "Polşa Dövlət Dəmir Yolları Səhmdar Cəmiyyəti arasında dəmir yolları sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunu "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və "Polşa Dövlət Dəmir Yolları Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Kşiştof Maminski imzalayıblar.