Goranboy rayonunda yerli sakini ilan sancıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib. Orada əkin sahəsində işləyən 1990-cı il təvəllüdlü İntiqam Əsgərovu əlindən ilan sancıb.
O, yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.