Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Bıçaqçı və Körpükənd kəndləri ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-21" markalı avtomobillərin toqquşması nəticəsində ən azı üç nəfər ciddi bədən xəsarəti alıb. Yaralılar Bıçaqçı kəndinin sakinləridir. Onlardan ikisinin vəziyyəti ağır olduğundan Ucar və Ağdaş rayon mərkəzi xəstəxanalarına göndərilib. Xəsarət almış şəxslərdən biri - 1965-ci il təvəllüdlü Qurban Ərəstun oğlu Salikov Ağdaş Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra təcili yardım maşını ilə özəl klinikalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.