Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Nemətovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 7-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il Qobustan rayonunun Divanlı qəsəbəsində baş verib. Həmin qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.
Araşdırma zamanı məlum olub ki, V.Nemətovla F.Kərimov arsında 2013-cü ildən ədavət olub. Belə ki, idmançı olmuş F.Kərimov V.Nemətovu döyüb. 2016-cı ildə toy mərasimində isə V.Nemətov spirtli içki qəbul edərək, bıçağı ilə F.Kərimova vurub.
Xatırladaq ki, qətlə yetirilmiş F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.