Bakıda turist qaldığı oteldə xəsarət alıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, hadisə Neftçilər prospektində yerləşən "Park İnn" otelində baş verib. Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Salam Ahmed Əl Badoor nömrənin hamamında olarkən yıxılıb. Bel nahiyəsindən ağır xəsarət alan turist xəstəxanaya aparılıb.

Qeyd edək ki, hadisə ehtiyatsızlıqdan baş verib.