Bakıda qadının avtomobilindən oğurluq edilib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Orucəliyev küçəsinin qarşısında qeydə alınıb.
Burada 1966-cı il təvəllüdlü Pərvanə Həsənovaya məxsus "Hyundai markalı avtomobildən şüşəni sındırmaqla 1 880 ABŞ dolları və 1 780 manat pul oğurlanıb.
Polis faktla bağlı araşdırma aparır.