CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 30-da 48,57 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,08 dollar/barel çoxdur.
Unikal.org xəbər veir ki, bu barədə metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 30-da 48,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 30-da 45,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 30-da 47,39 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,31 dollar/barel çoxdur.