Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev "Sovetski" adlanan ərazidə "Hacı Cavad" məscidinin özbaşına sökülməsinə görə, Yasamal İcra Başçısı İbrahim Mehdiyevi tutduğu vəzifədən azad edib.
Unikal.org-a verilən məlumata görə, keçmiş İcra başçısının hələlik yerinə təyinat olmasa da Yasamal rayon İcra Başçısının səlahiyyətlərini Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Səməd İslamov icra edir.
İH-dən unikal.org-a bildirilib ki, İcra Hakimiyyətinin əsasnaməsinə görə başçının səlahiyyətlərini müvəqqəti olaraq birinci müavini icra edir.