Mesajlaşma xidmətindən möhtəşəm yenilik.

"WhatsApp daha bir yenilik ilə istifadəçiləri sevindirməyə hazırlaşır. 

Unikal.org-un İstiPress-ə istinadən məlumatına görə, artıq hava qaralanda istifadəçilər "WhatsAppyeni simasını görəcəklər.

Milyonlarla istifadəçisi olan ani mesajalaşma xidmətinə gecə funksiyası əlavə edilir. Yəni ki, gecənin qaranlığında gözü yoran ağ tonlar yumşalacaq. Amma yeganə dəyişiklik bu deyil. "WhatsAppın gecə funksiyası sayəsində gecə çəkilən fotolar daha ayın olacaq. Bu özəllikdən gecə görüntülü danışıq zamanı da faydalanmaq olacaq. Tərəflər bir-birini daha aydın görəcəklər.

Qısa zamanda istifadəyə veriləcək gecə funskisyası saat 22-dən sonra işə salınacaq.

Daha bir yenilik isə çoxdan gözlənilən funksiyadır. Lakin bunun üçün cəmi 5 dəqiqəniz var. Söhbət istənməyən mesajların silinməsindən gedir. "Geri al özəlliyi ilə göndərdiyiniz, lakin qarşı tərəfin oxumasını istəmədiyini mesaajlarınızı silə biləcəksiz.

Mesajları geri qaytarmaq üçün ən çoxu 5 dəqiqəniz olacaq. Əmr icra edildikdən sonra ekranda "mesaj geri qaytarıldı ifadəsi çıxacaq. Bunu etmək isə çox asandır - "Androidlərdə mesajın üzərindən tutursunuz, sonra menyu bölməsindən "geri al düyməsini seçirsiz. "iPhone və "Windows Phone da isə mesaja basmaqla bir başa "geri al seçimini edəcəksiz.