Dünən erməni təxribatı nəticəsində qətlə yetirilmiş 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın fotoşəkilləri yayılıb.

Unikal.org Virtualaz.org-a istinadən həmin fotonu təqdim edir:

Qeyd edək ki, Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.