Ürəyimiz yanır. Amma düşmənin də ürəyini yandıracağıq.
Unikal.org bildirir ki, bunu Azvision.az-a ötən gün düşmən təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib.
E.Quliyev əminliklə vurğulayıb ki, cənab prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı işğaldan azad edəcəyik.
"Qızımın ölümü bizim üçün çox ağır dərddir. Amma nə etmək olar, vətən sağ olsun. İnanıram ki, ordumuz düşməndən qisasımızı alacaq".