Avrokubokların I təsnifat mərhələsinin ən yaxşıları bəlli olub. Apasport.az saytının hesablamalarına görə, Çempionlar Liqası və Avropa Liqasında baş tutan 110 matçdan sonra 6 ölkə yüz faizlik nəticəyə malikdi. Bu ölkələr sırasında Azərbaycan da var. Təmsilçilərimiz "İnterlə "Zirə keçirdikləri bütün oyunlarda qələbə qazanıb.
Sonuncular Lüksemburq "Differdanjına şans verməyib - 2:0, 2:1. "İnter isə Serbiya "Mladostundan güclü olub - 3:0, 2:0.
İki komandamız ümumilikdə keçirdikləri 4 matçda 4 qələbə qazanıb. Bu yüz faizlik nəticəni qazanmaq üçün təmsilçilərimiz 9 qol vurub və yalnız 1-ni buraxıb.
Azərbaycan kimi daha üç ölkə 4 oyunda 4 qələbəyə şahid olub. Bunlar Danimarka, İsrail və Polşadı. Ən yaxşı top fərqində Danimarka 1-cidi. "Lyunqbyu "Banqora (Uels) 3:0 və 1:0, "Midtyulland "Derri Sitiyə (İrlandiya) 6:1 və 4:1 hesabı ilə qalib gəlib.
14 top vurub, 2-ni buraxan şimallılar yalnız daha çox fərqləndiyi üçün Polşadan öndədi. Bu ölkədə top fərqi 12:0-dı. "Lex "Pelisteri (Makedoniya) 4:0 və 3:0, "Yagelloniya "Dinamonu (Batumi, Gürcüstan) 1:0 və 4:0 hesabı ilə yenib.
İsrail isə 3-cüdü. Onlarda top fərqi 12:3-dü. "Makkabi (Təl-Əviv) "Tirananı (Albaniya) 2:0 və 3:0, "Beytar isə "Vaşaşı (Macarıstan) 4:3 və 3:0 hesabı ilə üstələyib.
Daha iki ölkə mərhələni qələbələri sıralamaqla başa vurub. Lakin Xorvatiya və Lixtenşteyn "dördlükdən geri qalır. Çünki bu iki ölkənin yalnız bir təmsilçisi meydana çıxıb və 2 qələbə qazanıb.