Mərhum Xalq artisti Həsən Məmmədovun oğlu Əvəz Məmmədov vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıb.
Bildirilir ki, Ə.Məmmədov iyulun 29-na keçən gecə 57 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi bildirilməyib.
Ə.Məmmədov Yasamal qəbiristanlığında dəfn olunacaq.