29.07.2025-ci il tarixində saat 01:30 radələrində 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, şəxsə sağ saidin kəsilmiş yarası, qarının ön divarının kəsilmiş yarası, təpə nahiyəsinin hematoması diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicəsi davam edir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

**** 09:03

Ağstafada bıçaqlanma hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü M.Hüseynli qolunun və qarnın kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetmə əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, yeniyetmə tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov