29.07.2025-ci il tarixində saat 13:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2-si qadın, 2-si kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı xəsarətlər diaqnozu təyin edilib.
Hazırda 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir. Digər 1 nəfərə zəruri tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib.
*** 14:42
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini 1989-cu il təvəllüdlü T.Mustafayev idarə etdiyi “VAZ”-2107 markalı avtomobillə, Goranboy rayonunun Aşağı Ballıqaya kənd sakini, 1975-ci il təvəllüdlü R.Səlimovun idarə etdiyi “VAZ” 21 015 markalı avtomobil toqquşub. Qəza zamanı, “VAZ 21015"in sürücüsü və “VAZ 2107"in sərnişini, Goranboy rayonunun Qarasüleymanlı kənd sakini, 1960-cı il təvəllüdlü Ə. Mustafayeva xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov