Ermənistandan Rusiyanın Domodedovo hava limanına uçmalı olan təyyarə Mahaçqalaya məcburi eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, FlyOne Armenia aviaşirkətinin 3F315 reysi sərnişinin səhhətinin pis olması səbəbindən məcburi eniş etməli olub
Təyyarə eniş etdikdən sonra hadisə yerinə gələn təcili yardım qrupu sərnişinin əməliyyat üçün xəstəxanaya çatdırılmasını təmin edib.
Ağarza Elçinoğlu