"Ölkəmizdə vətəni satmaq qanuna və vicdana qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri hesab olunur".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

Diplomat bunu bir sıra adaların ABŞ-yə 15 milyard dollara satılması ideyasını şərh edərkən bildirib: "Fritzin bu qədər pulu varsa, o, ABŞ-nin dövlət borcunun heç olmasa bir hissəsini ödəməklə Amerikanı yenidən möhtəşəm edə bilər".

Qeyd edək ki, ABŞ ordusunun polkovnik-leytenantı Cefri Fritz Çinin Arktika regionunda fəaliyyətinə nəzarət etmək üçün "Komandir" adalarını Rusiyadan almağı təklif edib. O, bu fikrini "Breaking Defense" üçün dərc olunan məqaləsində təqdim edib.

Ağarza Elçinoğlu