Tovuzda ötən ay qardaşı tərəfindən baltalanan qadın xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, ağır xəsarətlər alan 2000-ci il təvəllüdlü A.Namazova Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək  ki hadisə iyun ayının 6-da Tovuz şəhərində baş verib. Belə ki,Tovuz şəhərində sakini ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.

Hadisəni törədən K.Namazov polis əməkdaşları tərəfində saxlanılıb.

Tural Əhmədov