Almaniyanın “Bavariya” komandası İngiltərənin Liverpul" klubunun futbolçusu Luis Diasın keçidini həll edib.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Münxen təmsilçisi bu transfer üçün qarşı tərəfə 75 milyon avro ödəyəcək. 28 yaşlı kolumbiyalı vingerlə 2029-cu ilin yayınadək müqavilə imzalanacaq.

Qeyd edək ki,Luis Dias 2022-ci ildə Portuqaliyanın “Portu” klubundan “Liverpul”a keçmişdi.