Niderland İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qviri Fələstin əhalisinə qarşı zorakılığı qızışdırmaqda və Qəzzada etnik təmizləməyə çağırışda ittiham edərək persona non-qrata elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp açıqlayıb.
O, qeyd edib ki, iki nazir dəfələrlə Qəzzada yəhudi köçkünlərin zorakılığını, qeyri-qanuni məskunlaşmaların genişləndirilməsini və etnik təmizləməni təşviq ediblər.
Nazirlər bu qərara cavab verərək Avropanın qərarını tənqid ediblər.
Ağarza Elçinoğlu