İtaliyanın "Roma" komandası heyətinə yeni futbolçu cəlb edib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı futbolçu Uesli Fransanın keçidini rəsmiləşdirib.
Son olaraq "Flamenqo"da çıxış etmiş müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.