Azərbaycanda çoxsaylı pərəstişkarları olan tanınmış türkiyəli müğənni Rafet El Roman şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.

Unikal.org  xəbər verir ki, "Posta qəzetinə müsahibə verən müğənni bir qadını ömrünün sonuna qədər sevə bilməyəcəyini, seks yoxdursa həmin qadınla münasibətinin çox davam etməyəcəyini deyib. Müsahibənin ən maraqlı hissələrindən bəzilərini təqdim edirik.

Artıq məsum sevginin olmadığına inandığını deyən 48 yaşlı sənətçi əlavə edib: "Həyat tərzimi, sevgiyə baxışımı dəyişdirmişəm. Evlənmək, ailə qurmaq kimi məsələlər də mənim üçün atıq geridə qalıb. Kiminsə mənə çox bağlanmasına, üzərimə məsuliyyət götürməyə qarşıyam. Təbii yaşamağa çalışıram, həyat səmimi olmalıdır. Özümü olmadığım kimi göstərmirəm. Əgər özümə qarşı hirsim, kinim də varsa bunu hamıya nümayiş etdirirəm".

Müğənni sonuncu boşanmasından sonra təxminən 20 qadınla münasibətinin olduğunu etiraf edib: "Şəxsi həyatda bir qədər uğursuzam, Son boşanmağımdan bir il keçir. Həmin vaxtdan bəri 20 qadınla görüşmüşəm. Lakin onlardan yalnız üçü ilə gerçək nələrsə yaşaya bilərəm. Təkrar evlənəcəyimi deyə bilmərəm, amma ailə qursam da uşaq olmayacaq. Məntiq evliliyinə razı olaram. Mütləq nikah müqaviləsi də olmalıdır. Çünki Tuğba ilə boşanmağım buna görə 3 ilə başa gəldi. Həmin vaxt romantik münasibətlərə inanırdım. Yenə deyirəm, heç bir qadını sonsuza qədər sevə bilmərəm. Daha gözəlini görən kimi istiqaməti dəyişdirirəm. Sadəcə fiziki gözəlliyi demirəm, məsələn, hədsiz qısqanclıq məni bitirmə nöqtəsinə gətirir. Mənim üçün seks hər şey deməkdir. Düzdür, duyğusal adamam, amma seks olmayacaqsa, həmin münasibəti bir an belə davam etdirmərəm.