15 ildir yataq xəstəsi olan gənc qız əməliyyat nəticəsində ayağa qalxıb.
Unikal.org-un məlumatına görə, Şamaxı sakini Səbinə Müzəffərova andangəlmə əlil olaraq dünyaya göz açıb. Bir müddət əvvəl əməliyyat olunan Səbinə artıq ilk addımlarını atmağa başlayıb.
Səbinə bu yaşına qədər bir dəfə də olsun addım atmayıb. Nə yaşıdları ilə oynayıb, nə də məktəbə gedə bilib. Həkimlər Şamaxı sakininə "baldır sümüyünün yalançı oynağı" diaqnozu qoyub və əsla ayağa qalxmaycağını bildiriblər.
Uzun illər yataq rejimində həyatını davam etdirən Səbinənin son zamanlar ağrıları daha da artmağa başlayıb. Bu vəziyyət həm ananı, həm də qohum- əqrəbanı naümüd vəziyyətə salıb.