"İndiana Cons: Kristal Kəllə Krallığı", "Mən Robotam", "Transformers" filmlərində rol alan ABŞ-lı aktyor Şia LaBeouf,Corcia ştatının Savannah şəhərində ictimai asayişi pozduğu üçün nəzarət altına alınıb.
Unikal.org Sabah-a istinadən xəbər verir ki, aktyor bir nəfərdən və bir polis məmurundan siqaret istəyib, rədd edilincə söyüş söyüb.
Nəzarətə götürülən 32 yaşlı aktyor 7 min dollar pul cəzası ilə sərbəst buraxılıb.
![Məşhur aktyor həbs olundu - FOTO Məşhur aktyor həbs olundu - FOTO](https://img.milli.az/2017/07/10/561708_01.jpg)