Syerra-Leone millisinin qapıçısı Alhaci Dauda Konte 25 yaşında dünyasını dəyişib.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, Konte bir müddət öncə yoluxduğu xəstəlikdən həyatını itirib. O, 2019 Afrika Millətlər kubokunun seçmə mərhələsində Keniya ilə baş tutacaq oyun üçün milliyə dəvət almışdı.
"Son məşqdə Kontenin vəziyyəti məni narahat etdi. Özünü yaxşı hiss etmirdi. Bu barədə köməkçilərmdən birinə də dedim. Məcbur olub onu komandadan kənarlaşdırdım. Konte Syerra-Leone millisində oynamağa layiqli qapıçı idi" - komandanın baş məşqçisi Con Keystera deyib.