Şabranda fermerler maraqlı faktla üzləşiblər
Unikal.org ARB-yə istinadən xəbər verir ki, pomidor toxumu əkən təsərrüfatçıların sahəsində qeyri-adi məhsul yetişib. Şabranın Rəhimli kəndində təsərrüfatla məşğul olan Rəşad Novruzov bu il 1 hektar ərazidə pomidor becərib. Pomidorun Sultan növünü paytaxtdan gətirən fermer məhsulu yetişdirərkən dərman və kimyəvi preparatlardan istifadə etmədiyini bildirir.
O, ilk dəfədir ki, belə halla qarşılaşdığını bildirib: "Bu il pomidor şitili əkmişdik. Qeyri-adi pomidor nəzərimizə dəydi. Biz də istədik ki, xalqımız bu pomidorları görsün. Pomidorun toxumunu Maştağadan almışdım. Geninin dəyişdirilməsi üzündən belə olmasını düşünürəm".
Pomidorun qeyri-adi yetişməsi onun məhsuldarlığına mənfi təsir göstərməyib. Təsərrüfatçı qeyri-adi pomidor toxumunu alaraq artırmağı düşünür.