Tanınmış müğənni Manaf Ağayev qohumunun qəzaya düşməsi barədə yayılan xəbərə münasibət bildirib.
Unikal.org bildirir ki, ifaçı "Qafqazinfoya açıqlamasında qəzaya düşən Ağayev Mahir Zahid oğlunun qohumu olmadığını söyləyib:
"Mənim belə ad, soyadlı qohumum yoxdur, yayılan xəbərlər yalandır, əsassızdır.
Xatırladaq ki, APA-nın yaydığı məlumatda sənətçinin qohumu Hacıqabul-Horadiz magistralında "VAZ-2106 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.