Müğənni Natəvan Həbibinin toy dəvatnaməsi sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Unikal.org Kult.az -a istinadən xəbər verir ki, Natəvan Həbibi və Səid cütlüyü dəvətnamələrində qonaqların geyimi barədə maraqlı xəbərdarlıq qeyd ediblər. Belə ki, azərbaycanca deyil, ingiliscə yazdıqları dəvətnamədə cütlük toylarında kişilərin ağ-qara geyinməsini istəyib. Qadınların isə toya qırmızı, yaşıl və ağ geyimdə gəlmələrin xahiş ediblər.
Qeyd edək ki, cütlüyün qız toyu iyulun 17-sində "Neolit şadlıq sarayında, oğlan toyu isə iyulun 19-u "Park Meridianda olacaq.